ABB Bankı “Neftçilər”də yeni filial açdı

ABB Bankı “Neftçilər”də yeni

Müştərilərinə daha da yaxın olmaq və onlara əlçatanlığı artırmaq məqsədilə ABB Bankı müştəri xidməti şəbəkəsini genişləndirməkdə davam edir. “Neftçilər” metro stansiyasının ətrafında yaşayan və çalışan müştərilərin tələbatı nəzərə alınaraq, bu ərazidə ABB Bankının yeni filialı fəaliyyətə başlayıb.

ABB Bankının “Neftçilər” filialı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61C ünvanında yerləşir. Filial bankın yenilənmiş inkişaf konsepsiyasına uyğun olaraq müasir tərzdə dizayn edilmiş binada fəaliyyət göstərir.

“Neftçilər” filialında biznes və fiziki şəxslərə maliyyə xidmətləri sahəsində kompleks xidmət göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Burada müştərilər kredit rəsmiləşdirə, kassa-hesablaşma əməliyyatları həyata keçirə, depozit yerləşdirə, pul köçürmələri edə, ödəniş kartı sifariş edə, nağd valyuta ilə əməliyyatlar apara və digər bank xidmətlərindən yararlana bilərlər.

ABB Bankının müasir və universal məhsul və xidmətləri barədə daha ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi saytı olan https://abb-bank.az ünvanından, 937 qısa nömrəli Məlumat Mərkəzindən, həmçinin ABB Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.