Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq imkanları

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Pakistana səfəri çərçivəsində ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş görüşlər keçirilib. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

Nazirin Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Mühəmməd İshaq Dar ilə görüşündə ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün investisiya tərəfdaşlığının əhəmiyyəti vurğulanıb. Ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazirin Pakistanın İnvestisiyaların Təşviqi üzrə Xüsusi Şuranın milli koordinatoru, general-leytenant Sarfəraz Əhmədlə görüşü zamanı isə qarşılıqlı investisiya axınlarının artırılması, birgə layihələrin, o cümlədən neft-qaz sektorunda təşviqi və Azərbaycan ilə Pakistanın biznes dairələri arasında əlaqələrin fəal dəstəklənməsi mövzuları gündəmdə olub.