Azərbaycan Prezidenti İlham Əliyev 22 may 2020-ci il tarixli “Ələt Azad İqtisadi Zonanın yaradılması və fəaliyyətinin təşkili haqqında” fərmana dəyişikliklər edib. Dövlət başçısı bununla bağlı müvafiq sərəncamı imzalayıb.
Sənədə əsasən, zonanın yaradılması prosesində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış, dövlət mülkiyyətində olan və Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 1 453,09 hektar torpaq sahəsinin Ələt AİZ-ə ayrılması üçün nəzərdə tutulmuş “Torpaq sahəsinin yerquruluşu planı (V hissə)” da nəzərə alınacaq.