Monetar.az maliyyə və biznes xəbərləri platformasının rəsmi fəaliyyətə başlamasından 1 il ötür. 2025-ci ildə fəaliyyətə başlayan sayt qısa müddət ərzində iqtisadiyyat, maliyyə və biznes sahələrində operativ xəbərləri, analitik yazıları və aktual iqtisadi göstəriciləri oxuculara çatdıran informasiya resurslarından birinə çevrilib.
Ötən bir il ərzində Monetar.az Azərbaycan və dünya iqtisadiyyatında baş verən mühüm hadisələri diqqətdə saxlayaraq oxucularına etibarlı və operativ informasiya təqdim edib. Saytda bank sektoru, investisiya, sahibkarlıq, enerji, maliyyə bazarları və qlobal iqtisadi proseslərlə bağlı yüzlərlə xəbər və təhlil materialı yayımlanıb.
Platformanın əsas məqsədi iqtisadi məlumatların daha əlçatan və anlaşıqlı formada ictimaiyyətə təqdim olunması, biznes və maliyyə sahəsində maarifləndirici informasiya mühitinin formalaşdırılmasıdır.
Bu müddət ərzində Monetar.az həm yerli, həm də beynəlxalq iqtisadi trendləri izləyərək oxucuların etimadını qazanmağa nail olub. Sayt eyni zamanda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində qeydiyyatdan keçmiş media resursu kimi fəaliyyət göstərir.
Monetar.az göstərilən dəstəyə və oxucu etimadına görə təşəkkür edir, gələcəkdə daha operativ, peşəkar və faydalı məzmun təqdim etməyi hədəfləyir.