Uraloğlu Zəngəzur dəhlizinin çəkilişinin tamamlanma müddətlərini açıqlayıb

Uraloğlu Zəngəzur dəhlizinin çəkilişinin tamamlanma müddətlərini

Zəngəzur dəhlizinin tikintisinin 2030-cu ilədək başa çatdırılması planlaşdırılır. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu CNN Türk-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə Orta Dəhlizin mühüm halqasıdır, lakin hazırda yükdaşımalar istənilən həcmi təklif etmir. “Biz bu potensialı hər gün Bakı–Tbilisi marşrutu və Xəzər dənizi üzərindən artırırıq. Zəngəzur dəhlizi buraxıcılıq qabiliyyətinin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcək”, – nazir vurğulayıb.

O qeyd edib ki, dəhliz türk dövlətlərini və Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq. “Azərbaycan Naxçıvandan Ermənistan sərhədinə qədər dəmir yolu çəkir. Horadizdən Bakıya qədər olan hissə isə tamamlanmağa yaxındır. Marşrut üzrə həm dəmir yolu, həm də avtomobil nəqliyyatı işləyəcək”, – deyə nazir əlavə edib.