2026-cı ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri 2015-ci illə müqayisədə bütün əsas sahələr üzrə nəzərəçarpacaq dərəcədə artıb. Rəsmi məlumatlara görə, Dövlət Statistika Komitəsinin məlumatına görə son on ildən artıq dövr ərzində qiymət artımı bəzi sənaye istiqamətlərində xüsusilə yüksək olub və ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri 2015-ci illə müqayisədə bir neçə dəfə yüksəlib.
Statistik göstəricilər metal filizlərin hasilatı, tütün məmulatlarının istehsalı və metallurgiya sənayesində qiymət artımının daha kəskin olduğunu göstərir. Bununla yanaşı, neft-qaz, kimya və emal sənayesi kimi strateji sahələrdə də istehsalçı qiymətlərində ciddi artım qeydə alınıb.
Sənaye məhsullarının istehsalçı qiymətlərinin artımı (2015-ci il ilə müqayisədə, dəfə ilə)
- Metal filizlərin hasilatı – 5,95 dəfə
- Tütün məmulatlarının istehsalı – 5,25 dəfə
- Metallurgiya sənayesi – 4,21 dəfə
- Sənaye məhsulları ümumilikdə – 4,13 dəfə
- Neft-qaz sənayesi – 3,77 dəfə
- Kimya sənayesi – 3,83 dəfə
- Mədənçıxarma sənayesi – 3,64 dəfə
- Xam neft və təbii qaz hasilatı – 3,63 dəfə
- Rezin və plastik kütlə məmulatlarının istehsalı – 2,86 dəfə
- Neft məhsullarının istehsalı – 2,86 dəfə
- Emal sənayesi – 2,83 dəfə
- Tikinti materiallarının istehsalı – 2,58 dəfə
- Qeyri-neft sənayesi – 2,68 dəfə
- Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 2,60 dəfə
- Qida məhsullarının istehsalı – 2,53 dəfə
- Poliqrafiya fəaliyyəti – 2,46 dəfə
- Əczaçılıq məhsullarının istehsalı – 2,48 dəfə
- Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı – 3,36 dəfə
- Kompüter və digər elektron avadanlıqların istehsalı – 2,48 dəfə
- Toxuculuq sənayesi – 2,33 dəfə
- Elektrik avadanlıqlarının istehsalı – 2,27 dəfə
- Maşın və avadanlıqların istehsalı – 2,23 dəfə
- Avtomobil və qoşquların istehsalı – 2,05 dəfə
- İçki istehsalı – 2,05 dəfə
- Ağac emalı və ağacdan məmulatların istehsalı – 1,80 dəfə
- Geyim istehsalı – 1,91 dəfə
- Mebel istehsalı – 1,78 dəfə
- Zərgərlik məmulatları, musiqi alətləri, idman və tibb avadanlıqlarının istehsalı – 1,66 dəfə
- Su təchizatı; tullantıların təmizlənməsi və emalı – 1,60 dəfə
- Dəri, dəridən məmulatların və ayaqqabıların istehsalı – 1,28 dəfə
- Kağız və karton istehsalı – 1,00 dəfə
- Maşın və avadanlıqların quraşdırılması və təmiri – 1,06 dəfə
MONETAR.AZ