Qırğızıstanda atom elektrik stansiyasının (AES) tikintisi məsələsinin referendum vasitəsilə həll edilməsi planlaşdırılır.
Baş nazirin müavini Amanqeldi̇yev bildirib ki, hazırda hökumət Rosatom ilə birlikdə zəruri infrastrukturun yaradılması və kadr hazırlığı üzərində işləyir. Tikintinin özü ilə bağlı müzakirələr isə yalnız bu mərhələlər başa çatdıqdan sonra yenidən gündəmə gətiriləcək.
Yekun qərarın vətəndaşların rəyi nəzərə alınmaqla referendum yolu ilə qəbul ediləcəyi qeyd olunur.
Nazirlər Kabinetində əlavə edilib ki, atom energetikası ölkədə elektrik enerjisi çatışmazlığının aradan qaldırılması üçün əsas variantlardan biri kimi qiymətləndirilir.