Türkiyə elektrik enerjisi və qaz qiymətlərinin artırılmasını nəzərdən keçirir

Türkiyə elektrik enerjisi və qaz qiymətlərinin artırılmasını

Bloomberg News-un məlumatına görə, Türkiyə Yaxın Şərqdə baş verən müharibə fonunda qlobal enerji qiymətlərinin artması səbəbindən artıq bu ay elektrik enerjisi və təbii qaz tariflərini yüksəltməyi nəzərdən keçirir.

Ölkənin maliyyə naziri Mehmet Şimşək mart ayında bildirib ki, Türkiyədə tətbiq olunan dəyişkən (üzən) yanacaq qiymətləri sistemi neft qiymətlərinin yüksək səviyyədə qalması şəraitində davamlı deyil. Çünki bu, dövlət büdcəsinə əlavə yük yaradır.

MONETAR.AZ