Rusiyada işsizlik səviyyəsi 2,1% faizə enib

Rusiyada işsizlik səviyyəsi

Rusiyada işsizlik səviyyəsi 2026-cı ilin fevral ayında 2,1%-ə düşüb. Bu göstərici yanvar ayında qeydə alınan 2,2%-dən aşağıdır.

"Rosstat"ın məlumatına görə, işsizlərin sayı 1,66 milyon nəfərdən 1,636 milyon nəfərə qədər azalıb. Bu rəqəm 2025-ci ilin avqustunda qeydə alınmış tarixi minimuma yaxınlaşır.

Statistikaya əsasən, fevralın sonuna məşğulluq xidmətlərində təxminən 400 min nəfər qeydiyyatda olub. Onlardan 300 min nəfər rəsmi işsiz statusuna malikdir, 200 min nəfər isə işsizlik müavinəti alır.

Hesablamalar Beynəlxalq Əmək Təşkilatının metodologiyasına əsaslanır. Bu yanaşmaya görə, işsizlər kateqoriyasına iş axtaran, işləməyə hazır olan və hazırda məşğulluğu olmayan şəxslər daxil edilir.

Ölkədə 15 yaşdan yuxarı əmək qabiliyyətli əhalinin ümumi sayı fevral ayında 76,3 milyon nəfər təşkil edib.

MONETAR.AZ