Oracle şirkəti yeni ixtisar dalğasına başlayıb

Oracle şirkəti yeni ixtisar dalğasına

Oracle Corporation çərşənbə axşamı işçilərin bir hissəsini ixtisar edib. Bu barədə Business Insider məlumatlı mənbələrə və sosial şəbəkələrdə yayılan paylaşımlara istinadən xəbər verib.

Məlumata görə, ixtisarlar qlobal miqyasda həyata keçirilib, lakin onların dəqiq miqyası hələlik açıqlanmayıb. Bir sıra əməkdaşlar LinkedIn platformasında paylaşım edərək işdən çıxarıldıqlarını bildiriblər.

Şirkətin nümayəndəsi məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.

İxtisarlar Oracle Corporation-un xərcləri azaltmaq siyasəti fonunda baş verir. CNBC isə bildirib ki, şirkət süni intellekt sahəsinə yatırımlarını artırdığı bir vaxtda minlərlə əməkdaşını ixtisar edir.

Bu addım texnologiya sektorunda geniş yayılmış tendensiyanı əks etdirir: böyük şirkətlər bir tərəfdən xərcləri optimallaşdırır, digər tərəfdən isə süni intellekt və bulud texnologiyaları kimi prioritet sahələrə daha çox resurs yönəldirlər.

 

MONETAR.AZ