1967-ci ildən etibarən hər il aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd edilir. Bu əlamətdar gün 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hans Xristian Andersenin anadan olmasının ildönümünə həsr olunub.
Bu günün təsis edilməsi təşəbbüsü alman yazıçısı Yella Lepman tərəfindən irəli sürülüb.
ABeynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Bu münasibətlə kitab sərgiləri, rəsm müsabiqələri və uşaqlar üçün maarifləndirici proqramlar təşkil edilir.
Hər il bu günün qeyd olunmasında əsas məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, kitab mədəniyyətinə və bu sahədə mövcud problemlərə yönəltmək, uşaqlarda mütaliə vərdişlərini təşviq etməkdən ibarətdir.
MONETAR.AZ