Xüsusi müsadirə edilmiş əmlaklar hərracda

Xüsusi müsadirə edilmiş

Bu gün saat 11:00-da xüsusi müsadirə edilmiş əmlakların satışı üzrə hərrac keçiriləcək. Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında təşkil olunacaq.

Hərraca Bakı şəhərinin müxtəlif rayonları üzrə daşınmaz əmlak və nəqliyyat vasitələri çıxarılıb.

Binəqədi rayonu üzrə:

  • Bakı şəhəri, Ak. Ziya Bünyadov prospekti, ev 7a, mənzil 3 ünvanında yerləşən, ümumi sahəsi 61,11 kvadratmetr olan mənzil. Əmlakın start qiyməti 350 000 manat, 10 faiz beh məbləği 35 000 manatdır. Mənzil ikinci dəfə təkrar hərraca çıxarılır.

Nərimanov rayonu üzrə:

  • Land Rover Range Rover markalı minik avtomobili. Start qiyməti 56 000 manat, beh 5 600 manatdır.
  • BMW 740i markalı minik avtomobili. Start qiyməti 23 000 manat, beh 2 300 manatdır.
  • Bentley Continental GT markalı minik avtomobili. Start qiyməti 65 000 manat, beh 6 500 manatdır.

Qeyd olunur ki, bütün əmlaklar ikinci dəfə təkrar hərraca çıxarılıb və hərrac addımı ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək. 

MONETAR.AZ