Dövlət mülkiyyətinə keçirilmiş mallar gömrük hərracına çıxarılır

Dövlət mülkiyyətinə keçirilmiş mallar gömrük

Bu gün saat 12:00-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı keçiriləcək. Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında təşkil olunacaq.

Hərraca əsasən müxtəlif ölçü və materiallarda istehsal olunmuş ayaqaltı məhsulları çıxarılıb. Mallar rezin və parça materialdan hazırlanmış, müxtəlif ölçülərdə (38x58 sm-dən 60x90 sm-dək), düzbucaqlı və oval formalı olmaqla Çin mənşəlidir.

Ümumilikdə lot üzrə 6 minə yaxın məhsul təqdim olunur. Lotun ümumi start qiyməti 83 094,68 manat təşkil edir.

Hərrac Əmlak Məsələləri Dövlət Xidməti-nin Əmlak Xidmətləri Məkanında, Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında keçiriləcək.

MONETAR.AZ