Bu gün Aprel döyüşlərinin 10-cu ildönümüdür

Bu gün Aprel döyüşlərinin

Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümü qeyd olunur.

2016-cı ilin mart ayının ortalarından Ermənistan tərəfi atəşkəsi intensiv şəkildə pozmağa başlayıb. Aprelin 1-dən 2-nə keçən gecədən etibarən bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmənin atəşinə məruz qalıb. 2-5 aprel tarixlərində erməni qüvvələri təmas xəttində silahlı təxribatlar törədib, nəticədə həm Azərbaycan Ordusunun şəxsi heyəti, həm də mülki əhali arasında itkilər baş verib.

Azərbaycan Ordusu həyata keçirdiyi sürətli əks-həmlə ilə 2 min hektardan artıq ərazini azad edib. Əməliyyat nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Eyni zamanda strateji əhəmiyyətli “Lələ təpə” yüksəliyi də Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun nəzarətinə keçib.

Bu hadisələr Azərbaycan Ordusunun qətiyyətini və ölkənin ərazi bütövlüyünü qorumaq istiqamətində göstərdiyi qəhrəmanlığı bir daha sübut edib.

MONETAR.AZ