ABŞ dərmanlara 100% rüsum tətbiq etməyə hazırlaşır

ABŞ dərmanlara 100% rüsum tətbiq etməyə

ABŞ prezidenti Donald Trampın administrasiyası bəzi farmasevtik məhsullara 100% həcmində gömrük rüsumu tətbiq etməyə hazırlaşır. Bu barədə dünən Financial Times məlumatlı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, rüsumların artıq cümə axşamı elan ediləcəyi və Ağ Evlə razılaşma imzalamayan şirkətlərə şamil olunacağı gözlənilir.

Bu addım Trampın ötən ilin sonunda səsləndirdiyi təhdidlərin reallaşması kimi qiymətləndirilir. O zaman Tramp bildirmişdi ki, əgər istehsalçılar ABŞ-da zavod tikməyi öhdələrinə götürməsələr, brend və patentləşdirilmiş dərmanların idxalına 100%-dək tariflər tətbiq oluna bilər.

Eyni zamanda, FT-nin məlumatına görə, rüsumlar Ağ Evlə razılaşma əldə etmiş ölkələrdən idxala görə müəyyən məhdudiyyətlərlə tətbiq ediləcək.

Bu təşəbbüs Trampın ABŞ-da investisiyaların və istehsalın artırılmasına yönəlmiş daha geniş proqramının bir hissəsidir. Pfizer, AstraZenecaNovo Nordisk kimi şirkətlər artıq Ağ Evlə müvafiq razılaşmalar imzalayanlar sırasındadır.

MONETAR.AZ