ABŞ-da polad və alüminium tarifləri yenidən tənzimlənəcək

 ABŞ-da polad və alüminium tarifləri

ABŞ Prezidenti Donald Tramp administrasiyasının polad və alüminium idxalına tətbiq edilən gömrük tarifləri rejimində dəyişiklik etməyə hazırlaşdığı bildirilir.

 The Wall Street Journal qəzetinin məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, yeni tənzimləmə çərçivəsində xammal xarakterli polad və alüminium məhsullarına tətbiq edilən 50 faizlik tarifin saxlanılması planlaşdırılır.

Bununla yanaşı, idxal olunan polad və alüminiumdan istifadə edilməklə istehsal edilən hazır məhsullara 25 faiz həcmində gömrük rüsumunun tətbiqi nəzərdə tutulur.

Məlumatda qeyd olunur ki, sözügedən dəyişikliklərlə bağlı prezident sərəncamının bu həftə ərzində imzalanaraq açıqlanması gözlənilir.

MONETAR.AZ