Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın həmsədri Nökərqulu Ataguliyev ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri qiymətləndirilib. Ölkələr arasında davamlı iqtisadi tərəfdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə Türkmənistanla ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi potensialı qeyd olunub. Bununla yanaşı, müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Tərəflər ikitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji, nəqliyyat-tranzit, logistika və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını da nəzərdən keçiriblər.