Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Bakı və Pekin iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində təşəbbüsləri müzakirə ediblər.
Nazir bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Müzakirələr Mikayıl Cabbarovun Çin İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Sinbo ilə görüşü zamanı baş tutub.
“Azərbaycan İnvestisiya Holdinqi ilə İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması imkanlarını, potensial investisiya layihələrinin həyata keçirilməsini və maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsini nəzərdən keçirdik”, deyə nazir vurğulayıb.