OPEC-in neft hasilatı martda kəskin azalıb

OPEC-in neft hasilatı martda

OPEC ölkələrində neft hasilatı mart ayında pandemiya dövründən bəri ən aşağı səviyyəyə düşüb. Reuters tərəfindən aparılan sorğuya əsasən, hasilatın azalmasına ABŞ–İsrail–İran gərginliyi fonunda Hörmüz boğazı üzərindən nəqliyyatın faktiki olaraq məhdudlaşması səbəb olub ki, bu da ixracı çətinləşdirib.

Sorğunun nəticələrinə görə, mart ayında OPEC üzvlərinin ümumi xam neft hasilatı əvvəlki aya nisbətən gündəlik 7,3 milyon barrel azalaraq 21,57 milyon barrel səviyyəsinə enib. Azalma əsasən Küveyt, İraq, Səudiyyə ƏrəbistanıBirləşmiş Ərəb Əmirlikləri üzrə qeydə alınıb.

Ən kəskin eniş İraqda müşahidə olunub. Ölkənin hasilatı fevraldakı 4,15 milyon barrel/gün səviyyəsindən martda orta hesabla 1,4 milyon barrel/günə düşüb. Səudiyyə ƏrəbistanıBirləşmiş Ərəb Əmirlikləri isə alternativ ixrac marşrutlarına malik olduqları üçün daha məhdud azalma göstəriblər.

Qeyd edək ki, OPEC+ əvvəlcə 2026-cı ilin birinci rübündə hasilatı sabit saxlamaq, daha sonra isə apreldən etibarən artırmaq barədə razılığa gəlmişdi. Genişlənmə planı olan səkkiz iştirakçı ölkənin 5 apreldə görüşməsi gözlənilir.

Energy Aspects analitiklərinin proqnozuna görə, mart ayında hasilatın təxminən 7 milyon barrel/gün azalacağı gözlənilirdi.

Sorğuya əsasən, yalnız VenesuelaNigeriya mart ayında hasilatı artırmağı bacarıb.

MONETAR.AZ