Saudi Aramco və Sonatrach LNG qiymətlərini 80 faizə qədər artırdı

Saudi Aramco və Sonatrach LNG qiymətlərini

Saudi AramcoSonatrach maye qaz (LNG) üzrə rəsmi satış qiymətlərini apreldə 38%-dən 80%-ə qədər artırıb. Bu qərar qlobal təklifin kəskin azalması fonunda qəbul edilib.

Treydərlərin məlumatına görə, Yaxın Şərqdə baş verən müharibə son onilliklərin ən böyük enerji böhranlarından birinə səbəb olub və dünya qiymətlərini çoxillik maksimumlara yüksəldib.

Fars körfəzi regionunda LPG istehsal güclərinin bir hissəsi zərər görüb. Bundan əlavə, Hörmüz boğazının bağlanması səbəbindən martın əvvəlindən etibarən propan və butan tədarükü demək olar ki, dayanıb. Halbuki bu region əvvəllər dünya üzrə dəniz yolu ilə LPG ixracının təxminən 30%-ni təmin edirdi.

Qiymət artımları belə olub:

  • Saudi Aramco propan üçün qiyməti 205 dollar artıraraq 750 $/ton, butan üçün isə 260 dollar artıraraq 800 $/ton səviyyəsinə qaldırıb;
  • Sonatrach propanı 325 dollar artıraraq 850 $/ton, butanı isə 400 dollar artıraraq 900 $/ton edib.

Propan və butan LPG-nin əsas növləridir və onlar avtomobil yanacağı, istilik sistemləri və neft-kimya sənayesində xammal kimi geniş istifadə olunur.

Qeyd edək ki, Saudi Aramconun rəsmi qiymətləri Asiya-Sakit okean regionu üçün əsas istinad göstəricisi hesab olunur. Sonatrach qiymətləri isə Aralıq dənizi və Qara dəniz regionu, o cümlədən Türkiyə bazarı üçün etalon rolunu oynayır.

MONETAR.AZ