Beynəlxalq Banka məxsus daşınmaz əmlaklar hərraca çıxarılır

Beynəlxalq Banka məxsus daşınmaz əmlaklar

Bu gün saat 10:00-da Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlakların satışı üzrə hərrac keçiriləcək.

Hərraca çıxarılan əmlaklar aşağıdakılardır:

  • Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 2.0 hektar torpaq sahəsi. Start qiyməti 60 000 manat, 10 faiz beh 6 000 manat təşkil edir.
  • Göygöl şəhəri, H.Əliyev küçəsi, 54 ünvanında yerləşən 89 kvadratmetr sahəsi olan qeyri-yaşayış binası. Start qiyməti 61 000 manat, 10 faiz beh 6 100 manatdır.

Hərrac Əmlak Məsələləri Dövlət Xidməti-nin Əmlak Xidmətləri Məkanında, Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında, 2-ci mərtəbədə keçiriləcək.

MONETAR.AZ