Dövlət mülkiyyətinə keçirilmiş  avtomobillər gömrük hərracına çıxarılır

Dövlət mülkiyyətinə keçirilmiş  avtomobillər

2026-cı il aprelin 2-də saat 11:30-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə təkrar gömrük hərracı keçiriləcək. Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında təşkil olunacaq.

Hərraca müxtəlif kateqoriyalar üzrə nəqliyyat vasitələri çıxarılıb:

  • 2004-cü il istehsalı Mitsubishi Pajero markalı minik avtomobili. İlkin satış qiyməti 11 520 manat, 5 faiz beh 576 manat, iştirak haqqı 57,60 manatdır.

  • 2008-ci il istehsalı Iveco Euro ML 180E28 markalı yük avtomobili. İlkin qiyməti 76 500 manat, beh 3 825 manat, iştirak haqqı 382,50 manat təşkil edir.

  • 2004-cü il istehsalı Lada Vaz 2114 markalı minik avtomobili. İlkin qiyməti 2 430 manat, beh 121,50 manat, iştirak haqqı 12,15 manatdır.

  • 2010-cu il istehsalı DAF FT XF 105 markalı yəhərli dartıcı və 2008-ci il istehsalı Gnister Schmitz S01 markalı qoşqu. İlkin qiyməti 98 550 manat, beh 4 927,50 manat, iştirak haqqı 492,75 manatdır.

Hərrac Əmlak Məsələləri Dövlət Xidməti-nin Əmlak Xidmətləri Məkanında, Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında keçiriləcək.

MONETAR.AZ