Almaniyada işsizlik göstəriciləri mart ayında dəyişməz qalıb. Bu barədə çərşənbə axşamı ölkənin məşğulluq üzrə milli bürosu tərəfindən açıqlanan məlumatlarda bildirilir.
Mövsümi düzəlişlər nəzərə alınmaqla işsizlərin sayı 2,977 milyon nəfər təşkil edib ki, bu da fevral ayındakı göstəriciyə uyğundur. Nəticə Reuters tərəfindən sorğu edilən analitiklərin və iqtisadçıların gözləntilərini doğrultmayıb. Onlar 2 min nəfərlik artım proqnozlaşdırırdılar.
Mövsümi düzəlişlər nəzərə alınmaqla işsizlik səviyyəsi də əvvəlki ayla müqayisədə 6,3% səviyyəsində sabit qalıb və proqnozlara uyğun gəlib.
Məşğulluq bürosunun rəhbəri Andrea Nales bildirib ki, adətən yaz aylarında əmək bazarında canlanma martda başlayır, lakin bu il həmin dinamika zəif müşahidə olunur.
MONETAR.AZ