İsrail iri qaz yatağında hasilatı yenidən bərpa edib

İsrail iri qaz yatağında hasilatı

Bloomberg-in məlumatına görə, İsrailin ən böyük qaz yatağı olan “Leviafan” İranla hərbi münaqişə səbəbindən 33 günlük fasilədən sonra fəaliyyətini yenidən bərpa edib. Bu strateji obyektin işə düşməsi tədarük çatışmazlığından əziyyət çəkən regional və qlobal enerji bazarlarına müəyyən rahatlıq gətirməlidir.

Yataq həm İsrailin daxili bazarına, həm də ixrac üçün qaz tədarükünü yenidən başlayıb. Bu açıqlama İsrailin Energetika Nazirliyinin obyektin tezliklə fəaliyyətə başlayacağını bildirməsindən bir gün sonra verilib.

Şərqi Aralıq dənizində yerləşən nəhəng “Leviafan” şelf qaz yatağının operatoru ABŞ-ın Chevron Corp. şirkətidir.

İsrail hökuməti 28 fevralda İranla açıq hərbi münaqişə başladıqdan dərhal sonra təhlükəsizlik səbəbindən bir sıra dəniz qaz platformalarının fəaliyyətini müvəqqəti dayandırmışdı. Bu addım artıq Hörmüz boğazının blokadası və Qətərdə yerləşən dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz zavoduna raket hücumları səbəbindən gərgin olan qlobal enerji bazarına əlavə zərbə vurmuşdu.

Bazar xəbərə müsbət reaksiya verib: Tel-Əviv birjasında Newmed şirkətinin səhmləri cümə günü 1,6% artıb.

Qeyd edək ki, digər İsrail qaz yatağı — “Karish” (operatoru Energean Plc) də müharibənin əvvəlində hökumətin qərarı ilə dayandırılmışdı. Bu obyekt üzrə əməliyyatlar hələlik bərpa olunmayıb.

MONETAR.AZ