Türkiyə İran ətrafında yaranmış böhran fonunda Hörmüz boğazından yan keçən beş alternativ neft və qaz tədarük marşrutu hazırlayıb. Bu barədə "Türkiye" qəzeti ölkənin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
Nazir Ömer Bolat bildirib ki, hökumət xüsusilə böhran dövrlərində həm istehsalçılar, həm də istehlakçılar üçün alternativ yolların açılması istiqamətində ciddi səylər göstərir.
Məlumata görə, nəzərdən keçirilən əsas marşrutlar bunlardır:
- Enerji resurslarının quru yolu ilə İraq və Suriya üzərindən daşınması
- Kombinə olunmuş marşrut: Süveyş kanalı – Qırmızı dəniz – İordaniya – Səudiyyə Ərəbistanı
- Oman limanları vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri və regionun digər ölkələrinə çıxış
- Afrika ətrafından, Ümid Burnu marşrutu ilə daşınma
Qeyd olunur ki, sonuncu marşrut daha təhlükəsiz alternativ hesab edilsə də, daşınma xərclərini artırır və digər variantlarla müqayisədə təxminən 10–15 gün daha uzun çəkir.
Bu təşəbbüs İranda müharibə fonunda qlobal enerji təchizatında yaranan riskləri azaltmaq və logistikanı diversifikasiya etmək məqsədi daşıyır.