Birləşmiş Ərəb Əmirlikləri Həbşan qaz obyektinin fəaliyyətini dayandırıb

Birləşmiş Ərəb Əmirlikləri Həbşan qaz obyektinin

Əbu-Dabi hakimiyyət orqanları obyektdə baş verən yanğına səbəb olan hücumdan sonra Birləşmiş Ərəb Əmirliklərində təbii qazın emalı üzrə ən böyük müəssisə olan Həbşan obyektinin fəaliyyətini dayandırıblar.

Əbu-Dabinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, təxliyə zamanı Misir vətəndaşlarından biri həlak olub, daha dörd nəfər isə yüngül xəsarət alıb.

Rəsmilər əlavə ediblər ki, obyekt ciddi ziyan görüb və hazırda dəymiş zərərin qiymətləndirilməsi aparılır.

Həbşan qaz emalı kompleksi Abu Dhabi National Oil Company tərəfindən idarə olunur. Bu, gündəlik 6,1 milyard standart kub fut istehsal gücü ilə dünyanın ən iri obyektlərindən biridir.

MONETAR.AZ