Kevin Hassett bildirib ki, ABŞ iqtisadiyyatı bu il 4% artım göstərə bilər. Bu proqnoz ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda məşğulluğun fevral ayında 92 min nəfər azalmasına baxmayaraq verilib. Halbuki proqnozlar 58 min yeni iş yerinin yaradılacağını göstərirdi.
CNBC kanalına müsahibəsində Hassett qeyd edib ki, müşahidəçilər təkcə ayrı-ayrı aylıq hesabatlara deyil, məşğulluğun orta göstəricilərinə diqqət yetirməlidirlər. Onun sözlərinə görə, hazırda iqtisadiyyatda məhsuldarlığın sürətli artımı müşahidə olunur.
Enerji siyasəti ilə bağlı danışan Hassett bildirib ki, yaxın vaxtlarda strateji neft ehtiyatlarından neftin bazara buraxılması ilə bağlı danışıqlar aparılmır.
Gömrük rüsumlarının geri qaytarılması məsələsinə toxunan Hassett isə qeyd edib ki, bu mövzuda böyük şirkətlərin məhkəmə proseslərini izləmək lazımdır. O əlavə edib ki, vəsaitlərin necə qaytarılacağına bazarın öz iştirakçıları qərar verəcəklər.
MONETAR.AZ