2025-ci ilin yanvar-oktyabr aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49.6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları 22.8%, pambıq iplik 8,8%, alüminium və onlardan hazırlanan məmulatlar 3,8% artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”na əsasən cari ilin on ayında aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1.03 mlrd ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (276.8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (159,8 milyon ABŞ dolları) ikinci, karbamid (153 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin oktyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (38.9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda xurma (32.7 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
MONETAR.AZ