Fevralın 24-dək Rusiyaya qarşı 20-ci sanksiyalar paketi təqdim edilə bilər

Fevralın 24-dək Rusiyaya qarşı 20-ci sanksiyalar paketi

Avropa İttifaqı Rusiyaya qarşı növbəti, 20-ci sanksiyalar paketini fevralın 24-dək təqdim edə bilər. Bu barədə TASS agentliyi Euractiv portalına istinadən məlumat yayıb.

Məlumata görə, Finlandiya və İsveç Avropa Komissiyasını Rusiyaya lüks malların ixracını və Rusiya neft tankerlərinə texniki xidmət göstərilməsini qadağan etməyə, həmçinin Aİ-nin Rusiya gübrələrinin idxalı üzrə kvotalarını azaltmağa çağırır.

Daha əvvəl Politico nəşri avropalı diplomatlara istinadən bildirmişdi ki, Avropa İttifaqı 20-ci sanksiyalar paketinin hazırlanmasına 2026-cı ilin əvvəlində başlayacaq.

MONETAR.AZ