Macarıstanda inflyasiya fevralda yavaşlayıb

Macarıstanda inflyasiya fevralda

Macarıstanda istehlak qiymətləri fevral ayında aylıq ifadədə 0,1% artıb. Nəticədə illik inflyasiya yanvardakı 2,1%-dən 1,4%-ə qədər geriləyib. Bu barədə məlumatlar bu səhər ölkənin statistika idarəsi tərəfindən açıqlanıb.

Göstərici 1,7% olan konsensus-proqnozdan aşağı olub və gözlənilən 1,5%-dən bir qədər zəif çıxıb. Baza inflyasiyası da azalıb və yanvardakı 2,7%-dən 2,1%-ə enib.

Ərzaq məhsullarının qiymətləri aylıq ifadədə orta hesabla 0,1% artıb. Bu artım ticarət marjalarına qoyulan məhdudiyyətlərin davam edən təsiri, həmçinin son aylarda müşahidə olunan qlobal dezinflyasiya meyilləri ilə əlaqələndirilir.

MONETAR.AZ