DSMF sosial ödənişləri bayramdan əvvəl verəcək

DSMF sosial ödənişləri

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bildirilib ki, qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 13-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlar qrafikdən əvvəl ödəniləcək.

Fonddan  verilən məlumata görə, respublika üzrə bütün sosial ödənişlər əvvəlcədən yekunlaşdırılacaq və vətəndaşlar martın 13-dən etibarən vəsaitlərini ala biləcəklər.

MONETAR.AZ