Fars körfəzi ölkələri – Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı – Hörmüz boğazı vasitəsilə ərzaq tədarükünün təxminən 70%-ni alır.
Chatham Housun (Böyük Britaniyada beynəlxalq münasibətlər institutudur) eksperti Neil Killyam bildirib ki, boğazın İran tərəfindən faktiki bağlanması səbəbindən bu ölkələr alternativ tədarük marşrutları axtarır. Onlar həm Qırmızı dəniz limanları vasitəsilə, həm də quru və hava yolu ilə ərzaq təminatını planlaşdırırlar.
Məlumatda qeyd edilir ki, Fars körfəzi ölkələri ərzaq məhsullarının təxminən 90 %-ini idxal edir və Hörmüz boğazının bağlı qalması ərzaq çatışmazlığı riskini artırır.
Hadisələrin fonunda ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyat başladıb. Əməliyyat çərçivəsində Tehran da daxil olmaqla İranın böyük şəhərləri hədəfə alınıb. İran İslam İnqilabı Keşikçiləri Korpus İsrail və digər region ölkələrində cavab zərbələri endirib. Nəticədə ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında olan obyektləri zərbə alıb.
MONETAR.AZ