Serbiya Milli Bankı cümə axşamı keçirilən iclasda əsas faiz dərəcəsini dəyişməz saxlayaraq 5,75% səviyyəsində qərar qəbul edib. Bu qərar bazar iştirakçılarının gözləntiləri ilə uyğun olub.
Mərkəzi bankın qısa bəyanatında bildirilib ki, inflyasiyanın hədəf diapazonunda qalacağı gözlənilir, lakin Yaxın Şərqdəki böhranla bağlı risklərin artdığı da qeyd olunub.
Qərar fevral ayına dair inflyasiya məlumatlarının fonunda qəbul edilib. Statistikaya görə, istehlak qiymətləri illik ifadədə 2,5% artıb. Bu göstərici inflyasiyanın yanvarda minimum səviyyəyə çatdığını və daha sonra yenidən artmağa başladığını təsdiqləyir.
MONETAR.AZ