Yen ucuzlaşma həddinə yaxınlaşır, lakin Tokio hələ müdaxilə etmir

Yen ucuzlaşma həddinə yaxınlaşır, lakin Tokio

Yapon yeni ABŞ dollarına qarşı bu ilin ən aşağı səviyyələrinə yaxınlaşıb. Bu barədə Bloomberg yazır. Analitiklər bildirirlər ki, hazırda dövlətin valyuta bazarına müdaxilə etməsi üçün hədd xeyli yüksəlib Tokio yeni psixoloji səviyyələr qırılmadan intervensiya etməyə tələsməyəcək.

Cümə axşamı ticarət zamanı yen qısa müddətə 1 dollar üçün 159,24 yen səviyyəsinə qədər ucuzlaşıb yanvar ayında qeydə alınmış 159,45 səviyyəli minimum göstəriciyə yaxınlaşıb. Hazırda isə məzənnə təxminən 159 yen civarında dəyişir.

Analitiklərin sözlərinə görə, yanvardan bəri bazar şəraiti əhəmiyyətli dərəcədə dəyişib. Yenin zəifləməsi artıq spekulyativ hərəkətlərlə deyil, əsas iqtisadi geosiyasi faktorlarla bağlıdır ki, bu da Yaponiya hakimiyyətinin manevr imkanlarını məhdudlaşdırır.

Yenin zəifləməsinin əsas səbəblərindən biri geosiyasi gərginlikdir. İran ətrafında baş verən müharibə neft qiymətlərinin kəskin artmasına səbəb olub. Enerji daşıyıcılarının böyük hissəsini Yaxın Şərqdən idxal edən Yaponiya üçün xammalın bahalaşması ticarət balansının pisləşməsi daxili inflyasiyanın sürətlənməsi deməkdir.

Eyni zamanda dollar da güclənməkdə davam edir. Buna səbəb ABŞ iqtisadiyyatına dair güclü makroiqtisadi göstəricilər investorların “təhlükəsiz aktivlərə” yönəlməsidir.

Ekspertlər hesab edirlər ki, valyuta intervensiyası üçün əvvəlki göstəricilər artıq aktual deyil.
National Australia Bank-ın valyuta strategisti Rodrigo Catril bildirib: Hazırda müdaxilə üçün hədd xeyli yüksəkdir. Dollar/yen məzənnəsində tam xaotik sıçrayış görməsək, intervensiya ehtimalı azdır. Əvvəllər 158–159 səviyyəsi ‘qırmızı xətt’ sayılırdı, indi isə hakimiyyətin dözümlülük həddi təxminən 162 səviyyəsinə yaxın ola bilər.”

Satsuki Katayama, Yaponiyanın maliyyə naziri daha əvvəl bildirib ki, hökumət məzənnədə həddindən artıq dalğalanmaların qarşısını almağa hazırdır. Lakin rəsmilər daim vurğulayırlar ki, məqsəd konkret məzənnə səviyyəsini qorumaq deyil, yalnız qeyri-adi volatilliyi məhdudlaşdırmaqdır.

Daxili siyasi amillər milli valyutaya təzyiq göstərir. Baş nazir Sanae Takaichinin seçkilərdə qələbəsindən sonra yen qısa müddət möhkəmlənsə də, bu təsir uzun sürməyib. Medianın məlumatına görə, hökumət başçısı faiz dərəcələrinin daha da artırılmasına qarşıdır bu mövqe Yaponiya Bankı rəhbərliyinə yumşaq pul siyasətini dəstəkləyən iki üzvün təyin olunması ilə təsdiqlənib.

MONETAR.AZ