“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Radiosu” MMC tərəfindən təhsil ocaqlarında radio fəaliyyəti və yol hərəkəti qaydaları ilə bağlı 7 sosial çarxın hazırlanması planlaşdırılır. Layihə çərçivəsində aşağıdakı mövzularda çarxlar çəkiləcək:
-
Avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməməyin fəsadları
-
Piyada təhlükəsizliyi
-
Düzgün ara məsafəsinin gözlənilmədiyi zaman baş verə biləcək qəzalar
-
Sükan arxasında mobil telefondan istifadənin fəsadları
-
Yollarda sıxlıq zamanı ictimai nəqliyyatın təbliği
-
Elektrikli nəqliyyat vasitələrinin üstünlükləri və təşviqi
-
Alternativ nəqliyyat vasitələrinin təbliği
Çarxların çəkilişi üçün yüksək performanslı kameralar, müxtəlif obyektivlər, dronlar, stabilizatorlar və digər peşəkar avadanlıqlar təmin olunacaq. Məqsəd şagird və tələbələr arasında yol hərəkəti təhlükəsizliyi və ekoloji cəhətdən təmiz nəqliyyatın təşviqi barədə maarifləndirməni artırmaqdır.
Layihənin ümumi dəyəri 75.999,87 manat təşkil edir. 7 çarxın hər birinin qiyməti təxminən 10 min manatdır
Təkliflərin təqdim olunması üçün son tarix 14 aprel 2026-cı il saat 15:00-dır. Layihə çərçivəsində interaktiv təqdimatlar, animasiyalı videoçarxlar, praktiki tapşırıqlar və məktəb qruplarının radio studiyasına ekskursiyası da təşkil ediləcək.
MONETAR.AZ