“Tam Store” istehlakçı hüquqlarını pozub

“Tam Store” istehlakçı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Tam Store MMC-də qanun pozuntusu müəyyən edilib.

Araşdırma zamanı qida məhsulunun üzərində göstərilən qiymətdən daha baha satıldığı aşkarlanıb. Bununla bağlı 22 yanvar 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib olunub.

Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirilib və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə uyğun olaraq istehlakçıların az miqdarda aldadılması kimi rəsmiləşdirilib.

MONETAR.AZ