Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Bazarstore MMC-də istehlakçı hüquqlarının pozulması faktı müəyyən edilib.
Yoxlama zamanı qida məhsulunun üzərində göstərilən qiymətdən daha baha satıldığı aşkarlanıb. Bununla bağlı 10 fevral 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib olunub.
Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirilib və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların az miqdarda aldadılması kimi qeydə alınıb.
MONETAR.AZ