Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı Zeytun Pharmaceuticals MMC-də qiymət pozuntusu aşkarlanıb.
Müəyyən edilib ki, müəssisədə dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb.
Faktla bağlı 26 yanvar 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib olunub. Pozuntu İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsinə uyğun olaraq qiymətləndirilib.
MONETAR.AZ