Çin neft məhsullarının ixracını dayandırıb

Çin neft məhsullarının

Çin hakimiyyəti neft emalı zavodlarına mart ayında neft məhsullarının ixracını dərhal dayandırmaq barədə göstəriş verib. Məqsəd Yaxın Şərqdavam edən münaqişə fonunda yarana biləcək çatışmazlıq riskləri qarşısında ölkədaxili yanacaq təminatını qorumaqdır. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, göstəriş ölkənin əsas iqtisadi planlaşdırma qurumu olan Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası tərəfindən verilib. Qərar benzin, dizel yanacağı aviasiya kerosininin ixracına şamil olunur. Agentliyin məlumatı vəziyyətdən xəbərdar olan dörd mənbəyə istinad edir.

Çin dünyanın ən böyük yanacaq istehsalçılarından ixracatçılarından biri hesab olunur. Buna görə ixracın məhdudlaşdırılması regional yanacaq bazarlarına təsir göstərə bilər.

Bu addım qlobal enerji tədarükləri üçün risklərin artdığı bir dövrdə atılıb. Yaxın Şərqdə gərginliyin dərinləşməsi enerji bazarlarında qeyri-müəyyənliyi artırır.

Eyni zamanda, beynəlxalq bazarda Brent crude oil markalı neftin qiyməti bugün təxminən 10% artaraq bir barel üçün 100 dollardan yuxarı qalxıb.

MONETAR.AZ