Yaponiya ilk dəfə strateji neft ehtiyatlarını bazara çıxaracaq

Yaponiya ilk dəfə strateji neft ehtiyatlarını

Yaponiyanın baş naziri Sanae Takaichi bildirib ki, ölkə 16 mart tarixindən etibarən strateji neft ehtiyatlarını bazara buraxmağa başlayacaq. Onun sözlərinə görə, bu addım Yaxın Şərqdavam edən münaqişə fonunda artan yanacaq qiymətlərini sabitləşdirmək məqsədi daşıyır.

Kyodo News agentliyinin məlumatına görə, əvvəlcə Yaponiya özəl sektorun neft ehtiyatlarını 15 gün müddətinə bazara çıxaracaq. Daha sonra isə Beynəlxalq Enerji Agentliyinin qərarını gözləmədən bir ay müddətinə dövlət neft ehtiyatlarının istifadəsinə başlanacaq.

Baş nazir qeyd edib ki, Yaponiyanın Yaxın Şərqdən xam neft idxalından asılılığı 90%-dən çoxdur. Onun sözlərinə görə, mart ayının sonuna qədər ölkəyə neft idxalı əhəmiyyətli dərəcədə azala bilər.

Hazırda ölkədə benzinin qiyməti ayın əvvəlindən etibarən litri 160 yen (təxminən 1,01 dollar) həddini keçib. Hökumət dövlət fondunun hesabına bu qiymətin 170 yendən (təxminən 1,07 dollar) yuxarı qalxmamasını təmin etməyi planlaşdırır.

Yaponiya strateji neft ehtiyatlarını toplamağa 1978-ci ildə başlayıb indiyə qədər ehtiyatları müstəqil şəkildə bazara çıxarmayıb. 2025-ci ilin dekabr ayının sonuna olan məlumata görə, ölkənin neft ehtiyatları 470 milyon barel təşkil edib ki, bu da təxminən 254 gün üçün kifayət edir.

MONETAR.AZ