"Araz Supermarket”də qiymət pozuntusu aşkarlanıb

"Araz Supermarket”də qiymət pozuntusu

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində Araz Supermarket MMC-də qanun pozuntusu aşkarlanıb.

Müəyyən edilib ki, ticarət obyektində qida məhsulu üzərində göstərilmiş qiymətdən daha baha satılıb. Faktla bağlı 22 yanvar 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib olunub.

Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların az miqdarda aldadılması kimi qeydə alınıb.

MONETAR.AZ