Monetar.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.
İki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı baxımından növbəti konstruktiv addım olan bu görüş zamanı hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti ilə 2026-cı ilin iyun ayından etibarən Bakı-Əmman-Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olunub.
Bu təşəbbüs aviasiya əlaqələrinin daha səmərəli qurulmasına, həmçinin Azərbaycan və İordaniya arasında turizm, biznes və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Qeyd edək ki, Əmman istiqamətində cari ilin iyun-sentyabr ayları ərzində yerinə yetirilmiş müntəzəm çarter reysləri vasitəsilə 3 mindən çox sərnişinə xidmət göstərilib.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin 9 ayında İordaniyadan Azərbaycana 8574 nəfər gəlib, onların 88,5 faizinin səfəri turizm məqsədli olub. Azərbaycana sıəfər edən İordaniya vətəndaşlarının hamısı ölkəmizə təyyarə ilə gəlib.
Bu dövrdə Azərbaycan vətəndaşlarının İordaniyaya səfəri barədə statistik məlumat açıqlanmayıb. Ola bilsin ki, bu göstərici kiçik olduğundan "Digər ölkələr" təsnifatı altında verilib.