Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana məhsullar göndərilib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

2 vaqondan ibarət, ümumi çəkisi 126 ton olan karbamid və 1 vaqondan ibarət, çəkisi 67 ton olan un “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.

Yük qatarının Böyük Kəsik Dəmiryol Stansiyası vasitəsilə Gürcüstan ərazisinə keçərək, oradan Ermənistan istiqamətində hərəkətini davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan artıq gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq daşınıb.

Xatırladaq ki, tranzit daşımaları ilə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da həyata keçirilir. İndiyədək Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin ixrac olunub.

MONETAR.AZ