Bakıda ən sıx yollardan birində avtobus zolağı ləğv edilib

Bakıda ən sıx yollardan birində avtobus zolağı

Bakıda yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik edilib. Moskva prospektində “Şamaxinka” istiqamətindən Sumqayıta aparan yolda avtobuslar üçün ayrılmış zolaq aradan qaldırılıb.

Bu barədə Unikal nəşrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, avtobus zolağının ləğvi kəsişmənin buraxıcılıq qabiliyyətini artırmaq məqsədi daşıyır: “Bu qısa hissədə svetofor quraşdırılıb və nəqliyyatın növbəli hərəkəti təmin olunur. Buna görə də avtobusların hərəkətində maneə yaranmayacaq.”