Bayramda rayona gedən çox olacaq - Qatarlar artırılır

Bayramda rayona gedən çox olacaq -

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edir.

Məlumata əsasən, 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı, 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı, 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq.

Qeyd edilib ki, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Bayram günlərində Bakı–Qazax–Bakı, Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də 21 və 28 mart tarixlərində Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq.

MONETAR.AZ