Alman konserni BMW yanğın riskinin artması ilə əlaqədar 300 mindən çox avtomobili geri çağırır.
Bu barədə Münchner Merkur Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinin məlumatlarına istinadən yazır.
Məlumatda qeyd olunur ki, “BMW dünya üzrə yanğın təhlükəsi səbəbindən 337 374 avtomobili geri çağırır”. Onlardan 29 441-i Almaniya ərazisindədir.
Tədbirlər i5 və i7, 5-ci və 7-ci seriya, eləcə də M5 modellərinə aiddir. Sözügedən avtomobillər 9 iyun 2022-ci ildən 5 dekabr 2025-ci ilədək istehsal olunub.
Daha əvvəl Ford şirkətinin də ABŞ-da parklanma sistemindəki nasazlıqlara görə 270 mindən çox elektromobil və hibrid avtomobili geri çağıracağı bildirilmişdi.
MONETAR.AZ