Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Səhmdar Cəmiyyətdən verilən məlumata görə “Ana harayı” abidəsinin yaxınlığında yerləşən “Xətai”, həmçinin “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında nəzarət tədbirləri artırılacaq.
Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil ediləcək.