Metro 15 sentyabrda yarım milyonadək qazanıb

2 Oktyabr 2025
14:14
“AZCON holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sentyabr ayında 19 milyon 965 min 597 sərnişin daşıyıb.
QSC-dən bildirilib ki, 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib.
Nəticədə, ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi də qeydə alınıb. Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabrda qeyd edilib – 891 856 nəfər.
Bu da sentyabr ayında olan tariflə 445 928 manat deməkdir.
Ən sakit gün isə 7 sentyabrda olub – 405 892 nəfər.