Azərbaycan balıq kürüsü əvəzedicisini 10 dollara alır

Azərbaycan balıq kürüsü əvəzedicisini

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan 49,06 ton balıq kürüsü əvəzediciləri idxal edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, idxalın ümumi dəyəri 508,12 min ABŞ dolları təşkil edib.

Beləliklə, hesabat dövründə balıq kürüsü əvəzedicilərinin 1 kiloqramının orta idxal qiyməti 10,36 ABŞ dolları olub. Ən böyük idxal Belarusdan həyata keçirilib. Bu ölkədən Azərbaycana 28,74 ton balıq kürüsü əvəzedicisi gətirilib və məhsulların ümumi dəyəri 266,07 min dollar olub.

İdxal həcminə görə ikinci yerdə Çin qərarlaşıb. Çindən 12 ton məhsul idxal edilib və bunun dəyəri 141,19 min dollar təşkil edib. Rusiyadan isə 8,1 ton balıq kürüsü əvəzedicisi gətirilib. İdxalın dəyəri 93,7 min dollar olub.

Bundan başqa, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri, İran, Yaponiya, Almaniya və İtaliyadan da bu məhsuldan idxal edib. Belə ki, BƏƏ-dən 0,1 ton, İrandan 0,09 ton, Yaponiyadan 0,02 ton, Almaniyadan 0,01 ton, İtaliyadan isə 0,01 ton məhsul gətirilib.

MONETAR.AZ