Türkiyə lirəsi dollara qarşı ən çox ucuzlaşan valyutadır

Türkiyə lirəsi dollara qarşı ən çox

2026-cı ilin yanvar-iyul aylarında əsas dünya valyutaları arasında ABŞ dollarına qarşı ən çox möhkəmlənən valyuta Braziliya realı, ən çox ucuzlaşan isə Türkiyə lirəsi olub.

Monetar.az xəbər verir ki, bu dövrdə Braziliya realı dollara qarşı 6,65 faiz bahalaşıb. İsrail şekeli 4,63 faiz, Meksika pesosu 4,05 faiz, Rusiya rublu 3,05 faiz və Norveç kronu 2,96 faiz möhkəmlənib.

Çin yuanı 2,33 faiz, Cənubi Afrika randı isə 0,89 faiz dəyər qazanıb.

Digər tərəfdən, Türkiyə lirəsi ABŞ dollarına qarşı 9,10 faiz ucuzlaşaraq siyahıda ən zəif nəticəni göstərib. Hindistan rupisi 6,47 faiz, Cənubi Koreya vonu 4,74 faiz, Yaponiya yeni 3,69 faiz, Kanada dolları 3,30 faiz və avro 2,85 faiz dəyər itirib.

Böyük Britaniya funtu isə dövr ərzində dollara qarşı 0,69 faiz ucuzlaşıb.